Minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir Minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir
  • Paytaxt
  • 5 Aprel 2021 10:33
  •  4 026

“Minaların təmizlənməsi prosesində BMT təsisatları ilə əməkdaşlıq edirik” - Hikmət Hacıyev

Minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir

“Azərbaycan QHT-ləri və mətbuat mina təhlükəsi ilə bağlı Azərbaycan əhalisinin maarifləndirilməsində aktiv iştirak edir”.

Bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Azərbaycanın həm mülki əhalisi, həm də hərbçiləri mina təhlükəsinə məruz qalır: “Minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir. BMT təsisatları, ayrı-ayrı ölkələrlə işğaldan azad olunmuş minaların təmizlənməsi prosesində aktiv əməkdaşlıq edirik”.

AzNews.az