- Paytaxt
- 10 Oktyabr 2021 12:50
- 4 458
Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Rusiya xalqına dərin hüznlə başsağlığı veririk
Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Başsağlığı mətni XİN-in tviter hesabında yayılıb.
“Tatarıstan Respublikasında paraşütçülər olan təyyarənin qəzası nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.