ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb
  • Paytaxt
  • 29 Sentyabr 2022 21:22
  •  14 379

Müdafiə Nazirliyinin zabitləri ABŞ-da görüşlər keçirib

ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb

Azərbaycanın Müdafiə Nazirliyinin zabitləri ABŞ-da görüşlər keçirib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib. ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülkü şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.