- Paytaxt
- 3 Oktyabr 21:39
- 4 120
XIN sözçüsü: Fransız nazirin saxta “blokada” iddiaları sülhə xidmət etmir

“Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir".
Aznews.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında yazıb.
“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəi nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı” – deyə XİN sözçüsü bildirib.