Bu müəllimlərin attestasiyasının aparılmasının səbəbi açıqlandı

Mədəniyyət və incəsənət sahəsində təhsilverənlərin attestasiyasının əsas məqsədi açıqlanıb.

Aznews.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin təşkil etdiyi “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı deyib ki, mədəniyyət və incəsənət sahəsində təhsilverənlərin əksəriyyəti orta ixtisas təhsillidir.

Nazir qeyd edib ki, hər altı müəllimdən yalnız biri ali ixtisas təhsillidir: “Buna görə də attestasiya prosesini icra edirik. Gələcək üçün gözləntimiz pedaqoji heyətin 100 faizinin ali təhsilli olmasıdır”.