• Paytaxt
  • 28 Fevral 2024 18:26
  •  3 894

Hikmət Hacıyev BMT İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo “X”də yazıb.

"Azərbaycan Prezident Administrasiyası ilə BMT İnkişaf Proqramı arasında güclü əməkdaşlıq... 2024-cü il bizim üçün gərgin il olacaq. Biz buna hazırıq", - o qeyd edib.