İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan TDT-nin üzv ölkələrinə 20 milyarddan çox investisiya qoyub:

“Azərbaycan qonşu ölkələrlə müştərək müəssisələr qurub. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün danışma baxımından böyük əhəmiyyət kəsb edir. 10 yeni gəmi hazırda inşa edilir”.

Prezident onu da vurğulayıb ki, Azərbaycanda 8 hava limanı var və doqquzuncu da qısa müddətdə fəaliyyətə başlayacaq.

AzNews.az