Deputatlar tətilə getdi

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

Aznews.az xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.

Beləliklə, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılıb.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.