- Paytaxt
- 17:02
- 855
Bu il Ağdərənin Heyvalı kəndində daha 50 ev bərpa ediləcək
Ağdərə rayonunun Heyvalı kəndində il ərzində daha 50 evin bərpası nəzərdə tutulur.
Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilərkən deyilib.
Qeyd olunub ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır.
Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.