Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edəcək

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev məlumat verib.

Diplomat qeyd edib ki, Jelka Tsviyanoviç martın 12-14-də Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edəcək.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi və əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulur.