- Paytaxt
- 16:14
- 1 433
Ömer Bolat: "Türkiyə şirkətləri Azərbaycanda 500-dən çox tikinti layihəsini tamamlayıb"
Türkiyə şirkətləri Azərbaycanda 500-dən çox tikinti layihəsini tamamlayıb.
Aznews.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Gürcüstanın Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bu layihələrin ümumi dəyəri 18 milyard ABŞ dollarına yaxın olub. O, xüsusilə Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bu bölgənin bərpası istiqamətində həyata keçirilən böyük infrastruktur və yenidənqurma layihələrini qeyd edib.
Ö. Bolat Türkiyənin tikinti sektorunun xarici layihələrdə fəal iştirak etdiyini və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Türkiyənin inşaat şirkətləri Gürcüstanda ümumilikdə 305 layihəni həyata keçirib ki, bunların da ümumi dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir.
O qeyd edib ki, gələcəkdə də Türkiyə, Azərbaycan və Gürcüstan arasında nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır: "Bu əməkdaşlıq regionun iqtisadi inkişafına mühüm töhfə verir".