Türkiyəli alim: Xocalı qətliamı BMT-nin soyqırımı konvensiyasına tam uyğun gəlir

Xocalı soyqırımının bir daha təkrarlanmaması üçün o unudulmamalıdır.

Aznews.az xəbər verir ki, Bunu Ankaradakı İsmayıl Qaspralı adına Xarici Siyasət İnstitutunun rəhbəri, professor Esma Özdaşlı deyib.

O qeyd edib ki, bu soyqırımı unutmaq yüzlərlə məsum insanın xatirəsinə xəyanət olar:

"Bu istiqamətdə türk dövlətlərinin tarixçi və hüquqşünaslarının ortaq əməkdaşlığına ehtiyac var. Xocalıda və bu qəbildən türk xalqlarına törədilən saysız qətliamlarla bağlı elmi fəaliyyətimizi birgə aktivləşdirməklə biz beynəlxalq aləmdə soyqırımı aktlarını tanıda bilərik".

E.Özbaşlının fikrincə, Xocalıdakı qanlı cinayətlər BMT-nin "Soyqırımı Cinayətinin Qarşısının alınması və onun cəzalandırılması" haqqında Konvensiyanın "soyqırımı aktı" anlayışına tam olaraq uyğundur.