- Paytaxt
- 8 Mart 19:28
- 2 291
İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyə olunub
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib.
Aznews.az xəbər verir ki, saat 17:00-dan Sloveniyanın diplomatik nümayəndəliyinin 2, Macarıstanın 8, Rumıniyanın 2, Belçikanın 2, İsveçrənin diplomatik nümayəndəliklərinin 1 əməkdaşı Azərbaycana təxliyə olunub.
Eyni zamanda Çinin 7 vətəndaşının da Azərbaycana təxliyəsi həyata keçirilib.