- Paytaxt
- 11 İyun 22:40
- 1 964
Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub - VİDEO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın Avropa İttifaqı (Aİ) məsələləri üzrə dövlət katibi Marek Eştok ilə görüşüb.
AzNews.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.\
Prezidentin köməkçisi sözügedən görüşlə bağlı Marek Eştokun "X" platformasındakı paylaşımını paylaşaraq yazıb:
"Hörmətli Marek Eştok, əziz dost, səfərə və Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafına dair səmərəli müzakirələrə görə təşəkkür edirəm".
"Keçən ilin dekabrında Bratislavaya etdiyi səfərdən sonra Azərbaycan Prezidentinin köməkçisi, dostum və həmkarım Hikmət Hacıyev ilə indicə ikinci görüşüm baş tutdu.
Biz mövcud əməkdaşlıq və yeni layihələr barədə çox müsbət və açıq müzakirəmizi davam etdirdik. Slovakiya və Azərbaycan liderlərinin müşavirləri qismində gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm", - deyə Marek Eştok paylaşımında qeyd edib.
Dear @MarekEstok_SK , dear friend thanks for visiting us and fruitful discussions on advancement of strategic partnership ties between Azerbaijan and Slovakia. https://t.co/goVpzq2Hpy
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 11, 2026