Rus hərbiçiləri erməniləri Nüvədiyə buraxmır

"Ermənistanda hakimiyyətə yaxın, hərbi təyinatlı, eyni zamanda da revanşizm haqqında düşündüklərini heç vaxt gizlətməyən saytlardan birində maraqlı xəbərlə rastlaşdım. Demək, İkinci Qarabağ savaşı zamanı Paşinyanın özünün dartıb gətirərək Nüvədiyə yerləşdirdiyi Rusiya hərbçilərinin guya artıq orada olmadıqları bildirilsə də, kəndin yaxınlığındadırlar və kefləri kəsəni ora buraxır, kəsməyəni isə buraxmır, hətta tutub saxlayırlar".

Bu barədə AzNews.az-a millət vəkili Sahib Alıyev açıqlama verib. O, deyib:

"Voskanyan soyadlı bir hay jurnalistin “Bağışlayın, bizi ora niyə buraxmırsınız?” sualına isə belə cavab verilib: “Bağışlamıram!” Bax, burada bir neçə sual yaranır: Avropa İttifaqının Ermənistanda əllərində binokl meymunluq edənləri vardı, onlar bunu görmürlərmi, görürlərsə səslərini niyə çıxarmırlar? Bəs Paşinyanla komandası nədən susur? Bu hərbçilərin Zəngəzur dəhlizinin Ermənistan tərəfdən başlanğıcında yerləşdirilməsi təsadüfdürmü? Rusiya hərbçisinin verdiyi cavab nə anlam daşıyır, onlar nəyi bağışlamırlar: Mığrının Meğriyə çevrildiyinin, indi “Nrnadzor” adlandırılan Nüvədinin azərbaycanlılardan boşaldılmasına göz yumduğunun və hətta dəstəkləndiyinin, ümumiyyətlə, Zəngəzurun qərbinin Azərbaycandan qoparılıb Ermənistana verilməsinin arxasında kimin durduğunun unudulmasını və indi də Qərbə üz tutulmasınımı? Və sonuncu sual: Rusiya hərbçiləri niyə oranı tərk etmirlər, məqsəd nədir"?

AzNews.az