- Qərb
- 00:01
- 1 622
Tramp kəşfiyyata onun rəhbərlik etməsini istəyir
ABŞ Prezidenti Donald Tramp Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) keçmiş sədri Cey Kleytonu Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizəd göstərib. Onun namizədliyi Senatın təsdiqindən keçməlidir.
AzNews.az xəbər verir ki, Kleytonun bu vəzifədə istefa verəcəyini açıqlamış Tulsi Qabbardı əvəzləməsi nəzərdə tutulur. Tramp Senatı onun namizədliyini mümkün qədər tez təsdiqləməyə çağırıb.