- Göz önü
- 01:25
- 1 175
Azərbaycanın keçmiş səfiri vəfat edib
Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.
AzNews.az bu barədə Aktual.ge-yə istinadən xəbər verir.
Məlumata görə, o, Bakıdakı evində dünyasını dəyişib. Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.