- Ermənistan və Gürcüstan
- 16:49
- 967
Paşinyan: Putinin narahatlığı varsa...
Ermənistan və Rusiyanın təbii qaz təchizatı ilə bağlı uzunmüddətli müqavilələri var, tərəflərdən birinin birtərəfli qaydada öhdəliklərindən imtina edəcəyi bir vəziyyəti təsəvvür etmək çətindir.
AzNews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, İrəvan vəziyyətlə bağlı bütün mümkün ssenariləri təhlil edir:
“Mən Rusiya prezidenti ilə səkkiz ildən çoxdur ki, işləyirəm və onu faktlara əsaslanan rasional bir insan kimi tanıyıram. Əgər onun hər hansı bir narahatlığı varsa, biz onları səbirlə aradan qaldırmağa çalışacağıq”.