Bu qruplar üzrə imtahan nəticələrini gözləyənlərin nəzərinə!

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələri gələn həftə elan olunacaq.

Bu barədə AzNews.az-a DİM-dən məlumat verilib.

Qeyd edək ki, mayın 24-ü II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.