- Rusiya və İran
- 01:57
- 765
Medvedyev bu hədəflərin məhv ediləcəyini açıqladı
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynadakı hərbi əməliyyatlarla bağlı növbəti sərt açıqlama verib.
AzNews.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb.
Medvedyev bildirib ki, Rusiya mədəni irs obyektlərini hədəfə almaq niyyətində deyil.
Bununla yanaşı, o, Ukrayna ərazisində Moskvanın maraq dairəsində olan digər hədəflərin də mövcud olduğunu qeyd edib.
Rusiyalı siyasətçi bu hədəfləri “çox cəlbedici” adlandırsa da, konkret olaraq hansı obyektləri nəzərdə tutduğunu açıqlamayıb.