- Qərb
- 01:42
- 850
Rütte: ABŞ Avropanın təhlükəsizliyinin əsas təminatçısı olaraq qalır
Mark Rütte bildirib ki, ABŞ NATO müttəfiqlərinə sadiqdir və Avropa ölkələrinə qarşı mümkün təcavüz halında onların müdafiəsini təmin edəcək.
NATO baş katibi bu barədə Yonas Qar Störe ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Rütte vurğulayıb ki, ABŞ-ın NATO qarşısındakı öhdəlikləri yalnız bəyanatlarla məhdudlaşmır, faktlarla da təsdiqlənir. Onun sözlərinə görə, hazırda Avropada 80 mindən çox amerikalı hərbçi xidmət edir.
“ABŞ-ın nüvə çətiri Avropanın əsas təminatıdır”
Baş katib qeyd edib ki, ABŞ-ın nüvə potensialı Avropanın təhlükəsizliyinin əsas dayağı olaraq qalır.
“ABŞ-ın nüvə çətiri Avropanın azadlığının əsas təminatıdır. Sorğuların nəticələrini görürəm, lakin faktlar özləri hər şeyi göstərir”, – deyə Rütte bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçilərinin Avropadakı mövcudluğu və Vaşinqtonun kollektiv müdafiəyə verdiyi töhfə ölkənin NATO-ya sadiqliyini nümayiş etdirir.
ABŞ Almaniyadakı qüvvələrinin bir hissəsini çıxarır
Bununla yanaşı, ABŞ Almaniyadakı hərbi kontingentinin bir hissəsinin çıxarılması prosesinə başlayıb.
Məlumata görə, hazırda Almaniyanda təxminən 40 min amerikalı hərbçi yerləşir. Onlardan 16 mini Qrafenvör, 10 mini isə Vilsek hərbi bazalarında xidmət edir.
Şon Parnell daha əvvəl bildirmişdi ki, hərbçilərin və onların ailələrinin köçürülməsi prosesinin 6-12 ay ərzində tamamlanması planlaşdırılır. Bazalar tam bağlanmayacaq, lakin şəxsi heyətin sayı 5-8 min nəfərədək azaldılacaq.