- Dünyanın halı
- 02:31
- 1 001
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
İsrailin Baş naziri Benyamin Netanyahu zənginləşdirilmiş uranın İran ərazisindən kənara çıxarılması və Tehranın raket istehsalına məhdudiyyətlərin tətbiqi tələblərini İranla yekun razılaşmaya daxil etmək öhdəliyinə görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.
AzNews.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin iki lider arasındakı telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirilib.
"Prezident Tramp baş nazir Netanyahu ilə danışıqlar prosesinin başlanması üçün təməl kimi İranla formalaşan razılaşmaların müzakirəsini aparıb. İsrailin bu razılaşmaların iştirakçısı kimi çıxış etməməsinə baxmayaraq, hökumət başçısı danışıqların yekunlarına əsasən hazırlanan razılaşmanın zənginləşdirilmiş nüvə materialının kənarlaşdırılmasını, zənginləşdirmə infrastrukturunun ləğvini, raket istehsalının məhdudlaşdırılmasını, eləcə də İranın regiondakı terrorçu proksi-strukturlarına dəstəyinin dayandırılmasını nəzərdə tutacağına dair vədinə görə prezident Trampa təşəkkür edib", - bəyanatda qeyd olunub.
Daha əvvəl Tramp bir sıra ölkələrin rəhbərləri, o cümlədən Netanyahu ilə İranla münaqişənin həllinə yönəlmiş razılaşmalara dair danışıqlar apardığını bildirmişdi.
Bununla belə, Tehran Amerika liderinin razılaşmanın əldə olunması barədə bəyanatlarını təkzib edib.