Türkiyədə kimya zavodunda partlayış olub, xəsarət alanlar var

Türkiyəni Tekirdağ vilayətində kimya fabrikində partlayış baş verib.

AzNews.az "TRT Haber"ə istinadən xəbər verir ki, partlayışa kimyəvi reaktorda baş verən sızıntı səbəb olub.

Hadisə nəticəsində dörd fəhlə xəsarət alıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.