- Dünyanın halı
- 01:04
- 1 716
Tramp İranla bağlı qlobal liderlərlə müzakirə etdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla münaqişənin başa çatdırılması üçün nəzərdə tutulan razılaşma ilə bağlı bir sıra dünya liderləri ilə müzakirələr aparıb.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt rəhbərləri ilə danışıb.
ABŞ lideri yaxın vaxtlarda Rəcəb Tayyib Ərdoğan ilə də görüşəcəyini və ya danışacağını bildirib.
Tramp həmçinin Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirərək, “Pakistan möhtəşəm iş gördü” ifadəsini işlədib.
ABŞ prezidenti mümkün ABŞ–İran razılaşmasının beynəlxalq reaksiyasına toxunaraq bildirib ki, “Bütün Yaxın Şərq, hətta regiondan kənardakı ölkələr də bundan məmnundur”.
Tramp sonda vurğulayıb ki, İranla saziş imzalandıqdan dərhal sonra Hörmüz boğazı yenidən gəmiçilik üçün açılacaq.
Mövsüm,
AzNews.az