- Toplum
- 00:37
- 2 051
Sürücülərin ən çox problemlə üzləşdikləri dairələrdən biri: Bura niyə təhlükəli yerə çevrilib? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Mikayıl Əliyev, Oqtay Vəliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən dairədə yol hərəkətinin təşkili ilə bağlı mövcud problem diqqətə çatdırılıb.
Bildirilib ki, dairəyə hər dörd istiqamətdən intensiv nəqliyyat axını olduğuna görə sürücülər üstünlük qaydalarına tam əməl edə bilmirlər və bu vəziyyət vaxtilə "Ukrayna dairəsi"ndə müşahidə olunan mənzərəni xatırladır.
Belə ki, dairəyə daxil olan nəqliyyat vasitəsi hərəkətini başa vurmamış digər istiqamətlərdən sürücülər də hərəkətə başlayırlar. Bu isə xüsusilə günün qaranlıq vaxtlarında qəza riskini artırır və nəqliyyatın təhlükəsizliyinə mənfi təsir göstərir.
Qeyd edilib ki, həm təhlükəsizliyin təmin edilməsi, həm də sıxlığın azaldılması məqsədilə dairə işıqfor vasitəsilə tənzimlənsə, daha yaxşı olar.
AzNews.az