Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

“Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib.

Azərbaycanın sərmayələrinin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı bildirib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.