Xalq artisti Flora Kərimova iki gün öncə “Nanəli” verilişinin çəkilişi zamanı səhhətinin qəfildən pisləşməsi, ürəkdən getməsi barədə yayılan xəbərə aydınlıq gətirib. Xalq artisti Flora Kərimova iki gün öncə “Nanəli” verilişinin çəkilişi zamanı səhhətinin qəfildən pisləşməsi, ürəkdən getməsi barədə yayılan xəbərə aydınlıq gətirib.

“Camaat mənə görə özünü öldürür” – Flora səhhətinin pisləşməsindən danışdı

Xalq artisti Flora Kərimova iki gün öncə “Nanəli” verilişinin çəkilişi zamanı səhhətinin qəfildən pisləşməsi, ürəkdən getməsi barədə yayılan xəbərə aydınlıq gətirib.


O, AzNews.az-a açıqlamasında haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Xalq artistinin sözlərinə görə, belə bir xəbərin yayılması onun pərəstişkarları ilə yanaşı xaricdə yaşayan övladlarını, yaxınlarını təşvişə salıb, onları stressə salıb: "Belə bir şey olmayıb. Axı niyə vəziyyətim pis olsun ki? Bu dərəcə də xəbər yayarlar? Uşaqlarım xaricdədir, bu yalan xəbərdən sarsılıblar. Zəng-zəngə calanıb, deyirəm ki, ay balam sağ-salamatam, mənə inanmırlar. Saat 20:00-a kimi balalarımın mənə əli çatmayıb, görün onların qürbətdə halı necə olub?".

F.Kərimova heyranlarını narahat olmamağa çağırıb: "Zəng edib özlərini öldürürlər. Bu boyda insafsızlıq olar? Başıma pis iş gəlsə hamı biləcək. Görünür, əcəli qorxudurlar ki, amandı, ona dəymə, xalq sənətkarını çox istəyir".

Bahar RÜSTƏMLİ
AzNews.az