Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclas prosesindən sonra qarşıdurma yaranıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclas prosesindən sonra qarşıdurma yaranıb.

Məhkəmə zalında qarışıqlıq yarandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclas prosesindən sonra qarşıdurma yaranıb.


Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin valideynləri hakim vəsatəti təmin etmədiyi üçün və həkimlərin işə cəlb olunması tələbi ilə məhkəmə zalında qarışıqlıq yaradıblar.

Trend-in məlumatına görə, hakimlər zalı tərk ediblər. Bundan sonra qarışıqlıq yaradan şəxsləri zaldan çıxarmaq üçün məhkəmə nəzarətçiləri zala daxil olublar. Narazı şəxslər zaldan çıxarılıb.

Hazırda məhkəmənin həyətində təqsirləndirilən şəxslərin valideynləri ilə məhkəmə işçiləri arasında qarşıdurma müşahidə olunur.

Trend.az