Xırdalanda üzərində mərhum prezident Heydər Əliyevin portreti olan posterə qarşı sayqısızlıq olunub. Xırdalanda üzərində mərhum prezident Heydər Əliyevin portreti olan posterə qarşı sayqısızlıq olunub.

Heydər Əliyevin portreti olan poster hara yoxa çıxıb? - İcra hakimiyyətindən sayqısızlıq (Yenilənib)

Xırdalanda üzərində mərhum prezident Heydər Əliyevin portreti olan posterə qarşı sayqısızlıq olunub.



AzNews.az xəbər verir ki, 2 həftə əvvəl şəhərin mərkəzi prospektlərindən birində H.Əliyevin portreti olan poster götürülüb, lakin hələ də yerinə qoyulmayıb.

Məlumata görə, posterin götürülməsinə səbəb sözügedən tarixdə Heydər Əliyev prospektində baş vermiş yol qəzası olub. Belə ki, qəza nəticəsində mərhum prezidentin portretinin həmin ərazidə qoyulmuş posteri sıradan çıxıb və aidiyyəti qurumlar tərəfindən götürülüb. Amma hadisədən 2 həftə keçməsinə baxmayaraq poster hələ də yerinə qaytarılmayıb.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, sualımıza cavab verən olmadı.

Ərazidən 2 həftə əvvəl və bu gün çəkilmiş fotoları təqdim edirik:






(10:57)

***

Xırdalan şəhər Bələdiyyəsi Heydər Əliyev prospektində üzərində H.Əliyevin portreti qoyulan posterin götürülməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Bələdiyyə sədri Eldar Əhmədov AzNews.az-a açıqlamasında bildirib ki, həmin poster hazırda təmir olunur: "Portret qəza nəticəsində sıradan çıxıb. Ona görə də götürülüb. Hazırda aidiyyəti idarəmiz təmir edir. Bərpa olunduqdan sonra yenidən yerinə qoyulacaq".