Daxili İşlər Nazirliyi özünü xəstəxananın 3-cü mərtəbəsindən ataraq intihar edən şəxs barəsində məlumat yayıb. Daxili İşlər Nazirliyi özünü xəstəxananın 3-cü mərtəbəsindən ataraq intihar edən şəxs barəsində məlumat yayıb.

DİN məhkumun intihar etməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi özünü xəstəxananın 3-cü mərtəbəsindən ataraq intihar edən şəxs barəsində məlumat yayıb.


AzNews.az xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində Katex kəndində yaşayan R.Hobolova, M.Nuriyevə və H.Dəlləyevə məxsus evlərdən 2040 manat, 1000 ABŞ dolları, 11000 rubl, 1 ədəd pnevmatik tir tüfəngi və qızıl əşyaları oğurlayan rayon sakinləri Əziz Əhmədov, Fəxri Əbəçiyev və İsmayıl Bulayev tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 11-də Zamir Baydarovun evinə girib onu tüfənglə hədələyərək 6000 manat aparmaları, həmçinin, M.Nuriyevin evindən oğurluğu törədərkən diqqəti özlərindən yayındırmaq məqsədilə kənd sakinlərindən birinin həyətindəki ot tayasını yandırdıqları da müəyyən edilib.

Saxlanılanlardan Əziz Əhmədov fevralın 2-də saat 06 radələrində Balakən RPŞ-nin Müvəqqəti Saxlama Yerində sağ qolunu sanitar qovşağın küncünə sürtərək özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ə.Əhmədov fevralın 4-də saat 17 radələrində özünü oranın 3-cü mərtəbəsindən ataraq intihar edib.