- Köhnə - Cəmiyyət
- 8 Fevral 2016 16:04
- 2 082
Mağazadan tərəzi oğurlayan şəxslər tutuldu
Cəlilabad şəhər sakini İ.Babayevə məxsus mağazadan oğurluq edən şəxslər tutulublar.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da İlqar Babayevə məxsus mağazadan tərəzi və posterminal oğurlayan şəhər sakinləri Fateh Muradov, Yusif Əhmədov, Samir İsmiyev və Kamran Abdullayev tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların daha 3 mağazadan oğurluq etmələri, habelə K.Abdullayevin noutbukunu oğurlamaları da müəyyən edilib.