Sinqapurun nüfuzlu iş adamı, Beynəlxalq Pençak-Silat Federasiyasının baş direktoru, Asiya Pençak-Silat Federasiyasının prezidenti Şeyx Alauddin Yakoop Marikanın AzNews.az-a müsahibəsi. Sinqapurun nüfuzlu iş adamı, Beynəlxalq Pençak-Silat Federasiyasının baş direktoru, Asiya Pençak-Silat Federasiyasının prezidenti Şeyx Alauddin Yakoop Marikanın AzNews.az-a müsahibəsi.

Sinqapurlu iş adamının Azərbaycanla bağlı təəssüratları – Müsahibə

Sinqapurun nüfuzlu iş adamı, Beynəlxalq Pençak-Silat Federasiyasının baş direktoru, Asiya Pençak-Silat Federasiyasının prezidenti Şeyx Alauddin Yakoop Marikanın AzNews.az-a müsahibəsi.



- Cənab Marikan, Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Onu deyim ki, Azərbaycanda olmağımdan çox şadam və sevinirəm ki, Bakıda olan dostlarımla gözəl gün keçirdim. Bu, məni məmnun edir. İnsanlarınız mehriban, gülərüz və qonaqpərvərdirlər. Bu xalqınızın zəngin daxili mədəniyyətindən xəbər verir. Dostlarım məni bir neçə gün ərzində ölkənizin tarixi və maraqlı yerlərinə apardılar. Qədim tarixiniz var. Tarixi yerləriniz də bunu sübut edir.

- Bakıda kimlərlə görüşdünüz?

- Bir sıra şəxslərlə görüşlərimiz olub. Azərbaycan Milli Olimpiya Komitəsində və Azərbaycan İdman və Gənclər Nazirliyində rəsmi şəxslərlə görüşdük. Bu görüşləri yüksək dəyərləndirirəm.

Ümumiyyətlə, Azərbaycan idman ölkəsi olaraq dünyada gedən idman prosesində fəal iştirak edir. Bu, məni sevindirir.

- Azərbaycandan hansı təəssüratlarla qayıdırsınız?

- Azərbaycanla bağlı təəssüratlarım çoxdur. Bunları mütləq Sinqapurda dostlarımla, media nümayəndələri ilə bölüşəcəyəm. Bakı olduqca gözəl şəhərdir. Bakının ən çox xoşladığım cəhəti havanın sərin keçməsidir.

Sinqapur isti yerdir. Bir məsələyə diqqət etdim ki, burada insanlar işgüzardırlar və öz üzərilərində çalışırlar. Dövlət səviyyəsində işgüzar insanlara dəstəyin olması yaxşı haldır. Onların inkişaf etməsinə böyük təkan verir.

- Ən çox diqqətinizi çəkən nə oldu?

- Bir neçə məsələ diqqətimi çəkdi. Bunlardan birincisi insanların istiqanlığıdır. İkincisi mətbəxinizdir. Zəngin mətbəxiniz var. Mən Özbəkistanda da olmuşam. Oranın yeməkləri yağlıdır. Sizin mətbəx fərqlidir.

Abbas müəllimə və Oruc müəllimə (söhbət Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyasının vitse-prezidenti Abbas Hümbətov və Azərbaycan İdman və Gənclər Nazirliyinin bu idman növü üzrə kuratoru Oruc Məmmədlidən gedir - E.E) təşəkkür edirəm ki, böyük diqqət ayırdılar.

Abbas müəllimlə uzun müddətdir ki, dostluğum var. O mənə həmişə Azərbaycanı gəlib görməyimi və buranın gözəlliklərinə gözlərimlə şahid olmağa dəvət edirdi. Axır ki, arzum yerinə yetdi və buraları gördüm.

- Sinqapur-Azərbaycan arasında əlaqələrinin inkişafı üçün tövsiyyələriniz nədən ibarətdir?

- Bizim əlaqələrimiz idmanla kiafayyətlənməməlidir. Çalışıb bütün sahələrdə əlaqələrimizin inkişafına nail olmalıyıq. Mən özüm iş adamıyam. İstəyirəm ki, Azərbaycan və Sinqapur arasında əlaqələr yüksələn xətlə inkişaf etsin. Bunun üçün çalışmaq lazımdır. Hər iki ölkənin böyük potensialı var. Bu potensialdan düzgün istifadə olunacağına əminəm.

Elnur Eltürk