Körpəni “şar” boğdu – FACİƏ

Sankt-Peterburqda noyabrın 3-də Yelizarov küçəsində yaşayan ailədə faciə baş verib. Yenicə doğülmüş körpə mənzildə boğulmüş vəziyyətdə tapılıb. Qızcığazın yatağının üstündən asılmış hava şarı onun ölümünə səbəb olub.
Güman edilir ki, şarın bağlandığı sintetik ip körpənin boğazına dolanıb və onu boğub.
Hazırda fakt üzrə cinayət işi açılıb, istintaq gedir.

AzNews.az