Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb. Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.

Məşhur qəzetin əməkdaşları ixtisar olundu - Yenilənib

Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.


"Həftə içi" qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.

Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.

Hazırda "Həftə içi" qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyət göstərir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.

Qəzetin əməkdaşları - Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.

Onların əksəriyyəti hələ də işsizdirlər. Saytın redaktoru Səbinə Əvəzqızı isə hazırda lent.az saytında fəaliyyətini davam etdirir.

***
13:04


"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova hazırda işdə olduğunu bildirib. Baş redaktor qeyd edib ki, məlum maliyyə problemləri ilə əlaqədar qəzetdə ixtisarlar ola bilər, lakin bu, qəzetin tam bağlanması anlamına gəlmir: "Problem təkcə bizə aid deyil, bütün çap mediası hazırda bu vəziyyətdədir. Adları çəkilən uşaqların çoxu isə iş başındadır".

Onun sözlərinə görə, qəzet 4 səhifəlik də olsa, fəaliyyətini davam etdirir: ""Həftə içi"nin bağlanacağı ilə bağlı yayılan məlumatlar doğru deyil".

Qafqazinfo.az