"Fənərbaxça" "Yuventus"un hücumçusu üçün hərəkətə keçdi

“Fənərbaxça” yeni mövsüm üçün heyətini daha yüksək səviyyəli forvardla gücləndirmək istəyir.

Aznews.az xəbər verir ki, İstanbul təmsilçisi “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

Türkiyə klubunun rəhbərliyi hazırda serb futbolçunun agenti ilə danışıqlar aparır. Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Onun “Fənərbaxça”ya keçib-keçməyəcəyi mövsümün sonunda bəlli olacaq. Çünki forvarda bir çox ölkə klublarından cəlbedici təkliflər var.

Duşan “Partizan” və “Fiorentina”da oynadıqdan sonra 2022-ci ildə Turin klubuna keçmişdi.

AzNews.az