Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsində təmsil etdiyi seçiciləri qəbul edib. Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsində təmsil etdiyi seçiciləri qəbul edib.

Millət vəkili “Sovetski” sakinləri ilə görüşdü

Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsində təmsil etdiyi seçiciləri qəbul edib.



AzNews.az xəbər verir ki, Yasamal rayonunda baş tutan görüşdə yerli sakinlər onları narahat edən məsələ və problemlər barədə söz açıblar. Görüş zamanı əsas etibarilə "Sovetski" kimi tanınan məhəllənin sakinləri yaşayış evi, kompensasiya, sosial və hüquqi məsələləri əhatə edən mövzuları qaldırıblar.

Seçiciləri ayrı-ayrılıqda qəbul edən deputat Elşad Həsənov onları diqqətlə dinləyib və müraciətlərini qəbul edib. Millət vəkili bildirib ki, qaldırılan bütün məsələlərin həlli onun şəxsi nəzarətində olacaq və müvafiq hakimiyyət orqanları ilə müştərək çözüm istiqamətində səy göstəriləcək. Eyni zamanda , bir qism müraciətlər yerindəcə həll edilib. Digər qismi isə aidiyyətı orqanlara yönləndirilib.