Xalq artisti, mərhum İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq. Xalq artisti, mərhum İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq.

İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq

Xalq artisti, mərhum İlhamə Quliyevanın vəsiyyətinə əməl olunmayacaq.


Bu barədə AzNews.az-a açıqlamasında mərhumun yaxın qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva el adətinə uyğun olaraq basdırılacaq:
"Düzdür, İlhamə xanım vəsiyyət edib ki, tabutla basdırılsın. Amma biz onun vəsiyyətinə əməl etmədik. İlhamə xanım el adəti üzrə, kəfənlə qəbrə qoyulacaq. Bura Azərbaycandır, sonra başqa şey başa düşərlər. Yaxşı yuyulub, kəfənlənib, tabuta qoyulub. Amma torpağa kəfənlə qoyulacaq".

Qeyd edək ki, xalq artisti həmişə yaxınlarına "Məni tabutda basdırın" deyə vəsiyyət edib.

Xatırladaq ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az