Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

Sabah 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.