Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək. Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.

Novruz Bayramına görə yarmarkalar olacaq - Ünvanlar

Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

Bakı şəhəri üzrə:

1. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
2. Nərimanov rayonu, Keşlə bazarının ərazisi
3. Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası
4. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı
5. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlığı

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon
- Köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)