- Köhnə - Cəmiyyət
- 2 Mart 2016 17:22
- 3 217
Bayrama əfv gözlənilir
Martın 1-də Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Bu barədə AzNews.az-a Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı məlumat verib. O, bildirib ki, hazırda komissiyada təqdim olunan müraciətlərə baxılır: "Hələki ərizələr araşdırılır. Müraciətlər çoxdur. Ümumilikdə neçə nəfər məhbusun komissiyaya müraciət etməsi ilə bağlı məlumatsızam".
Deputat qarşıdan gələn Novruz Bayramı ərəfəsində əfv olacağınını istisna etməyib.
Bahar RÜSTƏMLİ
AzNews.az