Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Rəhimov 3A ünvanında yerləşən parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Rəhimov 3A ünvanında yerləşən parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Nərimanovda Novruz bayramı qeyd edildi - Fotolar

Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Rəhimov 3A ünvanında yerləşən parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.


Novruzun gəlişini tərənnüm edən plakatlarla bəzədilmiş parkda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.

Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan sakinlər tərəfindən böyük coşğu ilə qarşılanıb.

Rayon İcra Hakimiyyəti rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.