Hamilə qadınlara qəhvə qadağandı

Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, hamilə qadınlar gündə 3 fincandan artıq qəhvə içməməlidir. Danimarkada 6 il müddətində 88500 qadın üzərində aparılan araşdırma zamanı alimlər belə qənaətə gəliblər ki, 3 fincandan artıq qəhvə içən hamilələrin bətnindəki körpəsini itirmək riski böyukdu. Daha çox qəhvə içmək isə bu riski daha da artırır.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hamiləlik dövründə içilən qəhvənin tərkibindəki kofein bədəndən çətin xaric olunur.

O ki qaldı çaya, bu içkinin orqanizmə mənfi təsir göstərmədiyi aşkarlanıb. Çay sevməyənlərə kofeinsiz qəhvə içmək tövsiyə edilmir. Çünki kofeinsiz qəhvə ürək xəstəliklərinə yol açır. Bu fakt üç ay müddətində aparılan tədqiqatlar nəticəsində təsdiqini tapıb. Alimlər söyləyirlər ki, kofeinsiz qəhvə içən şəxslərin qanında yağların və xolesterinin miqdarı çoxalır və bu da ürək xəstəliklərinin yaranma ehtimalını yüksəldir.

İnci

AzNews.az