2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 3 aprel 2016-cı il tarixində keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb. 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 3 aprel 2016-cı il tarixində keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.

Rezidentura imtahanında iştirak edənlərin - Nəzərinə

2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 3 aprel 2016-cı il tarixində keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına 2016-cı il aprelin 4-dən 6-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Komissiyadan bildirilib ki, bu gündən imtahan protokolları və cavab kartlarının emalına başlanılıb. İmtahan nəticələri yaxın günlərdə elan olunacaq.