Serial çəkilişlərinə növbəti maliyyə vəsaiti ayrılır - EKSKLÜZİV

Yaxın vaxtlarda Azərbaycanda milli serialların çəkilməsi üçün növbəti maliyyə vəsaiti ayrılması gözlənilir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli AzNews.az-a açıqlamasında bildirib ki, növbəti mərhələ üçün milli serialların çəkilişi prosesinə prodakşınların da cəlb olunması ilə bağlı məsələyə baxıla bilər.

Onun sözlərinə görə, ayrılacaq vəsait hesabına nəzərdə tutulan vaxta qədər milli seriallar çəkilib, tamaşaçılara nümayiş etdirməlidir.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə Milli Teleradio Şurası serialların çəkilməsi üçün telekanallara indiyədək ümumilikdə 5 milyon manat vəsait ayırıb.

Vasif Həsənli
AzNews.az