Yunus Oğuz daha bir tarixi roman yazdı

Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz "Şah arvadı və cadugər" tarixi romanını bitirib.

Bu barədə Trend-ə Yunus Oğuzun özü məlumat verib. Onun sözlərinə görə, əsər XVI əsrin çox keşməkeşli hadisələrindən, bir neçə ildə 5-6 nəfərin hakimiyyətə gəlməsindən bəhs edir.

Əsərdə əsasən Şah Abbasın anası Xeyranisə xanımdan danışılır. Müəllif əsərdə Xeyranisə xanımın cadugərlik yolu ilə hakimiyyətə gəlməsindən söhbət açır. Romanda caduların praktiki tətbiqi verilir.

AzNews.az