Hər il minlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə, xüsusilə də İran İslam Respublikasına üz tutur. Hər il minlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə, xüsusilə də İran İslam Respublikasına üz tutur.

Ucuz müalicə üçün İrana gedən azərbaycanlıların - Aqibəti

Hər il minlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə, xüsusilə də İran İslam Respublikasına üz tutur.


Ekspertlər hesab edir ki, vətəndaşların bu ölkə səhiyyəsinə müraciətinin əsas səbəbi maliyyə ilə bağlıdır. Belə ki, İranda tətbiq edilən səhiyyə xidmətləri Azərbaycanla müqayisədə xeyli ucuz idi. Amma İran səhiyyəsində artıq xaricilər üçün müayinə və mülaicə xərcləri artırılıb. Həmçinin son zamanlar İrana müalicəyə gedən həmvətənlərimiz arasında müsbət nəticə əldə etmədən geri qayıdanlar artıb. Hətta ölüm halları da çoxalıb.

10 aylıq azərbaycanlı Qorqud Dadaşzadənin Təbriz şəhərində yerləşən "Kudəkan" ("Uşaqlar") xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişməsi və meyitin ailəsinə verilməsilə bağlı problemlər günlərcə mətbuatda müzakirə olunmuşdu.

Həkim, professor Adil Qeybulla qeyd edib ki, İranda səhiyyə müəyyən səviyyədə inkişaf edib. O qeyd edib ki, İranlı həkimlərin böyük əksəriyyəti Qərbdə, Amerikada təhsil almış həkimlərdir.

"Orada "səhiyyə aşağı səviyyədədir" demək olmaz. Sadəcə, bizim insanlar periferiyalara gedir. Orada isə ola bilsin ki, avadanlıq, mütəxəssis sarıdan problem ola bilər. Tehranın özündə yüksək səviyyəli klinikalar çoxdur. Bizim camaatın ora axını ucuz müalicə üçün idi və müəyyən miflər də var idi. Məsələn, "xəstəyə bir tabletka yazıldı, düzəldi" və s. Bu cür miflər də kütləvi axında rol oynadı. Amma əvvəldən də demişdim ki, müəyyən perioddan sonra özləri hiss edəcəklər ki, vəziyyət necədir.

İranda səhiyyə xərcləri artıb, kənar şəxslər üçün müalicə ucuz başa gəlmir, bəzən Azərbaycanda olan məbləğdən də baha olur. Bəzən eyni kompitent müalicə üsullarının şahidi oluruq, əməliyyatların yarımçıq olması, müəyyən qaydalara cavab verməməsi halı ilə rastlaşırıq. Bütün bunlar hamısı müəyyən situasiyanı gərginləşdirir və insanlar onun fərqindədirlər".

İranda müalicə və əməliyyat zamanı ölüm halları və ya ağırlaşmaların da olduğunu deyən A.Qeybulla xəstə yaxınlarının xərcərin müəyyən qismini geri istəməsi zamanı problemlərlə qarşılaşdıqlarını bildirib.

"Ölüm halları əvvəllər də var idi. Bu hallar çoxaldıqca, faktlar bir statistikaya çevrilir. Statistika olduqda mətbuata çıxır. Əslində milli səhiyyəyə güvənsizlik, İranda maliyyə xərclərinin az olması faktorları insanların ora axına sövq edir. Azərbaycandan ora gedən şəxslərin hansısa maliyyə təzminatında bulunması üçün hüquqi mexanizm yoxdur. Vətəndaşlarımız qarantlar altında getmirlər və bəzən belə problemlər yaşanır. Müalicə və əməliyyatdan öncə müəyyən müqavilələr imzalana bilər. Bəzən insanlar ilk anda belə şeylərə baxmırlar və sonra hansısa cəhdlər önəmsiz olur".

Modern.az