Prezidentdən lotereyalarla bağlı - Fərman

Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


AzNews.az-ın məlumatına görə, fərmanda deyilir:

"Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 337; 2009, № 3, maddə 163) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.0.15-ci maddəsində "qurum" dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.".

2. 3-cü hissədə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası" sözləri ilə əvəz edilsin.