"Təhsil Nazirliyi dövlət hesabına məktəbə hazırlıq qruplarının yaradılması ilə bağlı verilən qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıdır". "Təhsil Nazirliyi dövlət hesabına məktəbə hazırlıq qruplarının yaradılması ilə bağlı verilən qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıdır".

Məktəbəqədər hazırlıq pullu olacaq? - Açıqlama

"Təhsil Nazirliyi dövlət hesabına məktəbə hazırlıq qruplarının yaradılması ilə bağlı verilən qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıdır".


Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, məktəbə hazırlıq kursları maddi-texniki bazası buna imkan verən məktəblərdə təşkil ediləcək: "Məktəbə hazırlıq ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsidir. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında məktəbə hazırlıqla bağlı təhsilin səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilib. Həmin sənəddə məktəbəqədər təhsillə əhatənin ölkə üzrə 90 faizə çatdırılması qarşıya məqsəd kimi qoyulub. Hazırda bu göstərici 20 faizdən aşağıdır. İnanıram ki, bu addım nəticəsində məktəbə hazırlıqla bağlı təhsillə əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə artacaq. Biz buna marağın yüksək olacağını proqnozlaşdırırıq".

Mikayıl Cabbarov məktəbə hazırlıq kurslarının tamamilə könüllü proses olduğunu qeyd edib: "İstənilən valideyn övladının məktəbəqədər hazırlığa cəlb olunmasına qərar verə bilər. Valideyn belə bir qərar verdiyi təqdirdə dövlət tərəfindən təmin olunacaq".

O, həmçinin xatırladıb ki, Təhsil Nazirliyi iki il bundan əvvəl pullu məktəbəqədər təhsil hazırlıq kurslarını yaratmağa başlayıb: "Həmin kurslar dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə hər hansı vəsait nəzərdə tutulmadığından pullu olub. Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub. Minlərlə uşaq bu kurslara cəlb olunub. Bu, həmin uşağın gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərir. Bu səbəbdən Təhsil və Maliyyə nazirlikləri Nazirlər Kabineti qarşısında belə praktikanın bütün ölkə üzrə tədbiq edilməsi ilə bağlı vəsatət qaldırdı. Hər bir vətəndaş üçün ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına belə imkan yaradıldı. Hökumətin bu təklifə müsbət baxmasından və baş nazirin müvafiq qərar imzalamasından məmnun olduq".

Report.az