Tərtər rayonunda qardaşın bacısının boğazını kəsməsinin təfərrüatları məlum olub. Tərtər rayonunda qardaşın bacısının boğazını kəsməsinin təfərrüatları məlum olub.

Tərtərdəki dəhşətli cinayətin təfərrüatları - Başqa şəxslərlə yazışırmış

Tərtər rayonunda qardaşın bacısının boğazını kəsməsinin təfərrüatları məlum olub.


Tərtər Rayon Evoğlu Bələdiyyəsinin sədri Məhhəmməd Şirinovun AzNews.az-a verdiyi məlumata görə, bir neçə ay öncə Cəmilə Alizadə ilə həyat yoldaşı arasında söz-söhbət düşübmüş: "Cəmilə də həmin vaxt acıq edib atası evinə getmişdi. Sonra yoldaşı ilə barışıb ər evinə qayıdıb. Qardaşı isə gedib Cəmiləyə deyib ki, dur gedək evimizə. Cəmilə də onun sözünü eşitməyib. Dava bunun üstündə olub. Bundan sonra qardaşı Cəmilənin boğazını kəsib".

Onu da bildirək ki, Cəmilə Alizadə evlidir və onun iki azyaşlı övladı var.

Zərərçəkənin qohumları isə cinayət hadisəsinin səbəbləriylə bağlı başqa versiyalar səslənidiriblər. Anspress-ə verilən məlumata görə, adı hələlik məlum olmayan şəxs Cəmilənin qardaşı Taleyə zəng edərək bacısının telefonla başqa şəxslərlə yazışdığını bildirib.

Bundan hiddətlənən qardaş bacısının evinə gedərək onun boğazını kəsib. C. Alizadənin vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az