"Coffeeshop Company"də müştəri geyiminə görə restorandan qovulub. "Coffeeshop Company"də müştəri geyiminə görə restorandan qovulub.

“Coffeeshop Company”də müştəri qovuldu - Geyiminə görə

"Coffeeshop Company"də müştəri geyiminə görə restorandan qovulub.


Bu barədə jurnalist Rəhman Hacı öz facebook səhifəsində status paylaşıb.

O, ötən gün Nizami küçəsidə yerləşən "Coffeeshop Company" kafesində rastlaşdığı olayı qələmə alıb. Şərhdə deyilir ki, yaşlı bir kişi Coffeeshop Сompany-ya daxil olaraq əyləşib.

Çox keçmir ki, sözügedən restoranın ofisiantı kişiyə yaxınlaşaraq ondan restoranı tərk etməsini tələb edir. Ofisiant bunun müqabilində yaşlı adama 1 stəkan su və 1 manat pul vermək istəyir. Adını hələ də dəqiqləşdirə bilmədiyimiz ziyalı isə ofisianta "mənə pul lazım deyil, sadəcə bir müddət istirahət etmək istəyirdim" deyə cavab verib.

Bu olaydan sonra jurnalsitin ofisianta "mən əgər bu ağsaqqalımızın yerinə ən yaxşı sifariş versəm burada otura bilərmi?" sualına gələn cavab istə daha maraqlı oldu: "Bizlik bir şey yoxdu, rəhbərlik dedi atın bayıra. Biz də atdıq".

Azxeber.com